Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Media haqqında yeni qanun layihəsində region mətbuatının inkişafına da diqqət yetirilməlidir

0

  •          Vətən müharibəsində Şanlı qələbəmizdən sonra medianın
    inkişaf etdirilməsi prioritet məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılır.
    Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında
    media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması,
    Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin
    hazırlanması barədə tapşırığın verilməsi milli mətbuatımızın inkişafına böyük
    töhfələr verəcək. Media haqqında yeni qanun layihəsi dövlətimizin siyasi gücünü özündə təcəssüm
    etdirən islahatlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Qanuna milli
    informasiyamızın inkişaf etdirilməsi, müasir çağırışlara cavab verməsi üçün
    mühüm dəyişikliklər və yeniliklər çoxsaylı jurnalistlərin, ekspertlərin fikirləri
    nəzərə alınmaqla qəbul edilmişdir.            Yeni qanun
    layihəsinin ən vacib tərəflərindn biri jurnalistə sosial imtiyazları müəyyən
    etməsidir. Bununla bərabər, Qanun internet televiziyaları lisenziya almadan fəaliyyətlərini
    davam etdirməsinə şərait yaradacaq, jurnalistika peşəsinin ciddi mahiyyət
    qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı
    formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına təsir edəcək, ictimaiyyət
    və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək, media subyektlərinin
    sayının müəyyənləşdirilərək Media Reyestrinə daxil ediləcək, Media Reyestrinə
    daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması ilə,
    media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək, müəlliflik hüququnun
    qorunması təmin ediləcəkdir.

     Azərbaycan dövləti mənfur qonşularla həm döyüş
    meydanında, həm də informasiya cəbhəsində mübarizə aparır. Bu baxımdan media
    sahəsində yeni qanun layihəsinin qəbul edilməsi təqdirəlayiqdir. Milli medianın
    inkişaf etdirilməsi həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına
    geniş şərait yaradacaq.

    Bir mətbuat işçisi kimi media haqqında yeni qanun
    layihəsinin müsbət nəticələr verəcəyinə inanır və dəstəkləyirəm. Eyni zamanda media
    haqqında yeni qanun layihəsinin təkmilləşdirilməsində region mətbuatının, o cümlədən Qarabağ
    regionunun qəzetlərinin inkişafına dəstək verilməsinin vacibliyini bildirmək istəyirəm. 

    Qalib Quliyev,

    “Xocalının səsi” qəzetinin redaktoru
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib86 dəfə
    Media haqqında yeni qanun layihəsində region mətbuatının inkişafına da diqqət yetirilməlidir

    Maraqlı gələ bilər
    250
    69
    177
    80